Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı verdibackend

Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı verdi

Daha 3 bitərəf deputat seçkilərdə iştirak etmək barədə qərar verib. 

VI çağırış Milli Məclisin üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov və Anatoliy Rafailov sentyabrın 1-də keçiriləcək parlamet seçkilərində iştirak edəcək.

KONKRET.az xəbər verir ki,bu barədə onlar modern.az-ın sorğusuna cavab olaraq məlumat veriblər.

Jalə Əliyeva açıqlamasında bildirib ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizəd olacaq. O, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olub.

Novruzəli Aslanov isə 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti indiyədək 4 dəfə deputat seçilib.

VI çağırışda ilk dəfə deputat seçilən Anatoliy Rəfailov isə 89 saylı Quba-Qusar seçki dairəsindən namizəd olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*