Dopinqə görə cəzalanan idmançımız: “Şokdayam”backend

Dopinqə görə cəzalanan idmançımız: "Şokdayam"

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən yarışlardan müvəqqəti kənarlaşdırılmasına dair qərara reaksiya verib.

KONKRET.az Reporta istinadla xəbər verir ki,  Dünya və 4 qat Avropa çempionu Boyanka Kostova qərarı gözlənilməz qarşıladığını bildirib.

“Heç nə deyə bilmərəm, şokdayam” söyləyən Kostova istifadəsi qadağan olunmuş maddənin orqanizminə necə düşməsindən xəbərsiz olduğunu vurğulayıb.

Qeyd edək ki, 59 kq çəki dərəcəsində yer alan bolqarıstanlı legionerin orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*