Türkiyənin TV 8 televiziya kanalında yayımlanan dünyaca məşhur “Masterchef”(Türkiyə) layihəsinin bugün efirə gedəcək buraxılışında Azərbaycana dəstək verilib.
KONKRET.az xəbər verir ki, türkün şanlı səhifələrindən biri – Çanaqqala zəfərinə həsr olunan verilişdə illər əvvəl həmin döyüşdə Azərbaycan əsgərlərinin də şəhid olduğu vurğulanıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpası uğrunda aparılan döyüşlərdə uğur dilənib.
“Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara buradan salam göndəririk. Hamısına apardıqları mübarizədə uğurlar diləyirik”,- deyə təqdim olunan anonsda bildirilib.
Sonda Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu, bir-birini sıxan iki əl təsvir olunub.
Fonda isə Xalq artisti Azərinin “Çırpınırdı Qara dəniz” ifası səsləndirilib.
