Elman Nəsirov sorğuda birinci yerə çıxdı – SİYAHIbackend

Elman Nəsirov sorğuda birinci yerə çıxdı - SİYAHI

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2020-ci ilin əvvəli fəaliyyətinin qiymətləndirilməsi üçün 3500 nəfər arasında aparılan sosial sorğunun nəticələrini açıqlanıb.

KONKRET.az xəbər verir ki, Laqinfo.az-ın apardığı sorğu üç istiqamət üzrə aparılıb.

Birinci istiqamət: Ümumi hadisələrə mövqe bildirən, mətbuatla yaxşı işləyən ən fəal müzakirələrə qoşulan deputatlar.

İkinci istiqamət: Qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputalar.

Üçüncü istiqamət: Ən səmimi deputatlar.

Əhali arasında aparılmış sorğunun nəticələri belədir:

Nəticələrə görə, dövlətçilik və xalqın inkişafı naminə çıxışlar edərək, mətbuatla ən fəal iş aparan,müzakirələrə qoşulan deputatlar sırasında birinci yeri, Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilmiş Elman Nəsirov tutub. 3500 nəfər sorğu iştirakçısının çox hissəsi bütün istiqamətlərdə Elman Nəsirovun mətbuatda daha fəal olduğunu qeyd ediblər.

Bundan əlavə millət vəkillərini ən çox hansı mətbuat orqanlarında görürsüz sualına isə vətəndaşlar, bu informasiya vasitələrinin adlarını qeyd ediblər. Musavat.com, Modern.az, Qafqazinfo.az, AzVision.az, Oxu.az, Axar.az, Qaynarinfo.az, Yenisabah.az, Demokrat.az, Azərtac, ATV, ARB, Realtv.

Sorğuda iştirak edən vətəndaşların rəyinə əsasən, birinci istiqamət üzrə, cəmiyyət arasında fəallığı ilə diqqət çəkən digər deputatlar sırasına Qənirə Paşayeva, Vahid Əhmədov, Adil Əliyev, Aydın Mirzəzadə, Fəzail İbrahimli, Musa Qasımlı, Hikmət Babaoğlu, Fəzail Ağamalı, Ülvi Quliyev də daxil olublar.

İkinci istiqamət üzrə aparılan sorğunun nəticələrinə görə,Qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar sırasında Azay Quliyev, Əli Məsimli, Səməd Seyidov, Əli Hüseynli, Tahir Mirkişili, Zahid Oruc və Razi Nurullayevin adları daha çox səslənib.

Üçüncü istiqamət üzrə aparılan sorğunun nəticələrinə görə ən səmimi deputatlar sırasında Qənirə Paşayeva, Aydın Hüseynov və Fəzail İbrahimlinin adları daha çox səslənib.

Sorğu nəticəsində o da məlum olub ki, yeni seçilən millət vəkillərindən bəziləri əhali arasında, ümumiyyətlə, tanınmır.

  • Tural
    Sentyabr 11, 2020 - 16:23

    Eziz hemkarlar bu sorgunu Laqinfo.az aparib.istinad etmemisiz.

    • Fadil Paşayev
      Sentyabr 11, 2020 - 16:24

      Bu dəqiqə edirik!

  • Tural
    Sentyabr 12, 2020 - 11:54

    Hormetli konkret.az sayiti bagisdayin texniki sehv gedib.Xalqinfo.az sayiti aparib.

    • Tural
      Sentyabr 12, 2020 - 11:56

      Laqinfo.az kimi gelib size.

Tural üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*