Əlyar Makuyi: “Ey İran, sən müsəlman deyilsən!” – VİDEObackend

Əlyar Makuyi: “Ey İran, sən müsəlman deyilsən!” - VİDEO

“Ey İran, sən müsəlman deyilsən! Sən həmişə müsəlmanlara, türklərə qarşı olmusan”.

KONKRET.az İran mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Güney Azərbaycan Milli Hərəkatının liderlərindən Əlyar Makuyi söyləyib.

O, “Xeybərin Fatehləri” hərbi təlimləri ilə bağlı İrana müraciət edərək, Xeybərin kim olduğunu soruşub. Təlim keçirilən torpaqların türk-islam torpağı olduğunu vurğulayıb. İranı müsəlmanlara, türklərə qarşı çıxmaqda günahlandıran Makuyi  Zəngəzur dəhlizinin mütləq açılacağını da qeyd edib.

Azərbaycanı Qarabağın işğaldan azad olması münasibətilə təbrik edib və molla rejiminin tezliklə məhv olacağını deyib. Əlyar Makuyi İranın həmişə Ermənistanın yanında olduğunu, 30 il ərzində və Vətən müharibəsi dövründə də onlara dəstək olub, silah göndərdiyini söyləyib.

Azərbaycanın güclənməsini gözü götürməyən fars-molla rejiminin canına qorxu düşdüyünü deyərək, 45 milyonluq Güney Azərbaycan türklərinin Azərbaycanın və Türkiyənin yanında olduğunu bildirib.

Ətraflı videoda:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*