Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığının olacağı bildirilib.
KONKRET.az bu barədə “CNNTurk”ə istinadən xəbər verir.
Məlumatda danışığın nə zaman baş tutacağı dəqiq bildirilməsə də, yaxın günlərdə olacağı qeyd edilib.
Qeyd edək ki, Cozef Bayden əvvəllər 4 dəfə Türkiyədə səfərdə olub. Bayden-Ərdoğan danışığının nəticələrinin Cənubi Qafqaz bölgəsi üçün də əhəmiyyəti böyükdür.
Danışıq zamanı Qarabağ məsələsinin də müzakirəsi gözlənilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Baydenlə bağlı açıqlamasında, ona yad adam olmadığını, hətta xəstə olarkən yeni ABŞ Prezidentinin onu evində ziyarət etdiyini bildirmişdi.
Vəsilə İbrahim
KONKRET.az
