Rəcəb Tayyib Ərdoğan müsəlmanlara qarşı olan hücumlara görə Almaniya Kansleri Angela Merkelə də müraciət edib:
KONKRET.az həmin müraciəti təqdim edir: “Kansler Merkelə də müraciət edirəm; sizdə dini etiqad azadlığı, fərqli inancdan olan insanların təhlükəsizliyi üçün dövlətin zəmanəti var idi, hanı onlar? Bəs 100-dən çox polis səhər namazında məscidlərə necə hücum edir? Bu günədək siz Türkiyədən belə bir davranış gördünüzmü? Yox. Çünki bizdə həqiqi din azadlığı var”.
Siz həqiqi mənada faşistsiniz, sözün əsl mənasında nasistlərin davamçılarısınız. İslamofobiya bəzi Avropa ölkələrində dövlət səviyyəsində dəstəklənən bir siyasətə çevrilib”.