Ərdoğanın adaşı da namizəd oldu – FOTObackend

Ərdoğanın adaşı da namizəd oldu - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adaşı, 24 yaşlı Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri ilə yanaşı, mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

Bildirilib ki, o, Türkiyənin mərkəzi Nevşehir vilayətindən deputatlığa namizəd olmaq niyyətindədir.

Ərdoğanın sözlərinə görə, o, yerli sakinlərin geniş dəstəyini qazanıb və seçiləcəyi təqdirdə qanunverici orqanda gənclərin maraqlarını təmsil edəcək.

“1999-cu ildə prezidentimiz şeir dediyi üçün həbsdə olanda atam çox təsirlənmişdi. Prezidentimizi çox sevən atam onunla həmrəy olaraq mənə Rəcəb Tayyib adını verib”, – o deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 1997-ci ildə İstanbul bələdiyyə başqanı olarkən mitinqdə şeir dediyi üçün 4 ay həbs edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*