Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları onun İslamı, ümumiyyətlə dinləri anlamamasını nümayiş etdirir.
KONKRET.az xəbər verir ki, bunu Trend-ə ərəb analitik Kamal əl-Halbavi deyib.
Onun sözlərinə görə, Fransanın islami baş örtüləri ilə bağlı əvvəlki mövqeyi də bu ölkədə azadlıq və bərabərlik məsələlərində ziddiyyət və ikili standartları üzə çıxarır:
“Fransa prezidentinin indiki mövqeyi nə İslama, nə də İslam peyğəmbərinə ziyan vurmayacaq. Dünya müsəlmanları əsl İslamla yaşamalı, Quranda deyildiyi kimi, bəşəriyyəti ruhlandırmalıdır”.axar.az
