Milonov kimilər Erməni lobbisinin maliyyəsi hesabına danışırbackend

Milonov kimilər Erməni lobbisinin maliyyəsi hesabına danışır

Ermənilər Milonov kimi şəxslərlə özlərinə müdafiəçi “düzəldiblər”

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonov Azərbaycan əleyhinə sərsəm və aqressiv fikirlər səsləndirib. Milonovun bütün sərhədləri aşan davranışlarına görə, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Onun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. Vitaliy Milonov ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, Dövlət Dumasının üzvünün belə məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir: “Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir. Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir”.

  • Xatırladaq ki, Vitali Milonov hələ Sankt-Peterburq məclisinin deputatı olduğu dövrdən bu şəhərdəki erməni iş adamlarının və cinayətkar qrupların nəzarətindədir. Onların lobbiçiliyi sayəsində Milonov xeyli var-dövlət qazanıb. Sankt-Peterburq məclisinin deputatı olduğu qısa müddət ərzində dəyəri 200 min dollarından az olmayan villa inşa etdirib. Milonovun Azərbaycan və azərbaycanlılarla bağlı aqressiv, böhran xarakterli və təhqiramiz fikirlər səsləndirməsinə gəldikdə isə bunun da sifarişli olduğu deyilir.

KONKRET.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı “Şərq”ə bildirib ki, döyüş meydanında və diplomatiyada Azərbaycana uduzan Ermənistan tərəfi çıxılmaz vəziyyətə düşüb. QAT sədrinin sözlərinə görə, ağır durumdan və acınacaqlı görkəmdən xilas olmağa çalışan ermənilər xarici ölkələrin təmsilçilərinə, beynəlxalq təşkilatlara əl atırlar:

“Ermənilər tarix böyük öz mövqelərinə uyğun çıxış edən, onları dəstəkləyən adamların axtarışında olublar. Belə şəxslər tapmadıqda özləri müdafiəçi “düzəldiblər”. Milonov kimi adamların ortaya çıxması göstərir ki, heç kim təmənnasız, qarşılıqsız erməniləri dəstəkləmir.

Rusiyada Konstantin Zatulin, Vitali Milonov kimiləri üzə çıxaranlar Amerika Senatında da ermənilərin sözünü deyəni asanlıqla tapırlar. Yüz faiz əmin olun ki, həmin şəxslərin hamısı erməni lobbisinin maliyyəsi hesabına danışır, onların təsiri ilə Azərbaycanı ittiham edirlər. Erməni diasporasından pul alan siyasilər hədyan fikirləri ilə aldıqları maliyyənin əvəzini qaytarırlar”.

A.Nağı bildirib ki, Azərbaycanın mövqeyi elə sərt olmalıdır ki, hamıya dərs olsun və başqaları o fikrə düşməsinlər:

“Milonovun açıqlaması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin müvəqqəti işlər vəkilinə xəbərdarlıq edilməsi düzgün addımdır. Belə məqamlarda dövlət maraqlarımız hər şeydən öndə dayanmalıdır. Xarici İşlər Nazirliyimiz fəal olmalı, əməli addımlar atmalıdır. Eyni zamanda Rusiya prezidentinə müraciət olunmalıdır ki, hakim partiyada o cür şəxslərə yer verməsinlər. Milli Məclis də Rusiya Dövlət Dumasına müraciət etməli, izahat istəməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*