Bütün ermənilərin Katolikosu II Qaregin, erməni xalqına müraciət edərək insanları müharibəyə qoşulmağa səsləyib.
Bu barədə Qaregin öz Feysbuk hesabında videomüraciət yayımlayıb. Ermənistanda insanların müharibəyə qoşulmaqdan imtina etməsi və böyük itkilər verməsi ilə bağlı xəbərlərin fonunda Katolikos II Qaregin müraciətində erməni gənclərini ölümə getməyə səsləyib və bunun guya həlledici an olduğunu bildirib.
Qeyd edək ki, dünyada bütün dinlərin sülh, barışıq və dostluğa çağırdığı bir halda Ermənistan cəmiyyətində din amili faşist və şovinist ideologiyasının yayılmasında lokomotiv kimi istifadə olunur.
Ermənistan cəmiyyətində Qriqoryan Kilsəsinin böyük nüfuza malik olduğu hər kəsə məlumdur. Bu səbəbdəndir ki, Qriqoryan kilsəsi Ermənistan cəmiyyətində faşist əhval-ruhiyyənin güclənməsi istiqamətində bu nüfuzundan daim istifadə edib.
Erməni kilsəsinin Ermənistan cəmiyyətindəki bu rolunu daha yaxşı anlamaq üçün kilsənin tarixinə baxmaq kifayətdir.
Erməni-Qriqorian Kilsəsi tarixdə heç bir sabit dövlətçilik ənənəsi olmayan dünyaya səpələnmiş ermənilər arasında əlaqələr qurma funksiyasını öz üzərinə götürmüşdü. Hələ orta əsrlərdə Erməni Kilsəsi vətəndaşlıq barədə qərarlar qəbul edir, insanlara əmlak sənədləri verir və hətta notariat funksiyaları yerinə yetiridi. Yəni dövlətin yerinə yetirə biləcəyi funksiyaları kilsələr və onların yerli şöbələri yerinə yetirirdi. Bu baxımdan Erməni Kilsəsi həm erməni millətinin formalaşmasında, həm də onlarda ifrat millətçilik hissinin tərbiyəsində böyük rol oynayıb. Bu gün də erməni kilsəsinin təsir dairəsindən danışsaq oxşar mənzərəyə şahid olarıq. Belə ki, erməni katolikoslarının əmrləri bəzən Ermənistan prezidentinin əmrlərindən daha təsirli olur. Bu səbəbdəndir ki Qriqorian Kilsəsi tarix boyu bir sıra erməni terror təşkilatlarının yaranmasında da mühüm rol oynayıb.
Bütün bunlardan sonra 2-ci Qareginin insanları müharibəyə çağırması və öz xalqını ölümə göndərməsində təəccüb doğurmasa bu məsələdə diqqəti çəkən müəyyən xüsuslar var.
Birincisi, Qaregin müharibənin başlanmasından ilk dəfədir ki, ermənilərə belə bir müraciət edir. Bu, erməni ordusunun çətin vəziyyətdə olduğunu, döyüşməyə adam tapmadığını təsdiqləyir və son ümid kimi kilsə dövriyyəyə girib.
İkincisi, Qaregin qarşıdurmada olduğu Paşinyan hakimiyyətinə bu dəstəyi verməklə əvvəlki təsir gücünü yenidən qaytarmaq istəyir, güman ki, katolikos bunun qarşılığında hakimiyyətdən nələrsə alıb.
Bu, Ermənistan daxilində ictimai-siyasi toqquşmaların nəticəsidir. Lakin burada ən vacib məqam II Qareginin faktiki olaraq, müharibəni körükləməsidir.
Bununla Erməni Kilsəsinin terrorizm, təcavüzkar siyasət və separatizm üçün stimul mənbəyi olduğu bir daha sübut olunur.


Azərbaycan həmişə haqlı olub.ermənilər başa düşməlidir ki bizə tarix boyu nə qədər divan tutublarsa heç biri cəzasız qalmayacaq hətta əsrlər sonra olsa belə!
Maraqlı məqam ondadır ki bu azacıq hiyləgər erməni xalqında nə görüblər ki onların belə haqsız olduqlarını bilə bilə dəstəkləyirlər.
ABŞ Fransa və Rusiya erməni terrorizmini
indiyə qədər dəstəkləməsəydi ermənilər çoxdan yerinə oturmuşdu.
ermənilərin bu qədər azqınlaşmasının səbəbi elə bu ölkələrə arxayın olmasıdır.
ermənilər başa düşməlidir Rusya tarixi Azərbaycan torpaqlarında erməni dövlətini yaradıb.ermənilərin tarix boyu dövləti olmayıb.Amma çoxlu terror təşkilatları yaradıblar.Məsələn: asala, PKK, ypg və.s.
Əlavə olaraq qeyd edək ki nankor qonşumuz ermənipərəst hiyləgər fars dövləti ermənilərə kömək etməsəydi erməni terrorizmi çoxdan təslim olmuşdu.