Erməni xalqının müxalifətə inamı itib – AÇIQLAMAbackend

Erməni xalqının müxalifətə inamı itib – AÇIQLAMA 

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistanın qorxulu yuxusuna çevrilib. Görünür müxalifət liderləri bu məğlubiyyəti heç cür həzm edə bilmir. Bu günlərdə paytaxt İrəvanda hakimiyyət əleyhinə geniş yayılan etiraz aksiyaları ölkə müxalifətini yenidən cəsarətləndirib. Belə ki, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan mətbuata açıqlamasında müharibədə əsgər və zabitlərinin xüsusi rəşadətini görə bilmədiklərini bildirib. O qeyd edib ki, Rusiya bizi meydanda tək qoydu və Ermənistanı satdı. Ohanyan Qarabağdakı məğlubiyyətin səbəbkarının Rusiya olduğunu da əlavə edib.

Bəs görəsən, müxalifət lideri bu açıqlaması ilə nəyə eyham vurur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Ohanyanın yanaşması tamamilə yanlışdır:

“2016-cı ilin aprel döyüşlərində Ermənistanın məğlubiyyətinin əsas səbəbkarlarından biri kimi Serj Sarkisyan və Seyran Ohanyan hesab edilirdi. Seyran Ohanyan yaxşı bilir ki, hakimiyyətə gəlmək üçün belə arqumentlərə ehtiyacı var. Bununla onlar öz uğrusuzluğunu ört-basdır etməyə çalışır. Ümumilikdə isə Ohanyanın yanaşması tamamilə yanlışdır. Əgər Rusiya Ermənistanı müharibədə tək qoymuşdusa, o zaman beş yüz tona yaxın silah onlara nə üçün göndərilib?”

Politoloq əlavə edib ki, Ohanyan müxalifəti və özünü təmizə çıxarmağa çalışır:

“Prezident İlham Əliyev ADA universitetindəki konfransda açıqca qeyd etdi ki, biz Xəzəryanı ölkələrə Rusiyadan gələn yardımları ölkələrindən keçməsinə icazə verməməsi üçün məktub göndərmişdik. Vətən müharibəsi zamanı Rusiyanın Ermənistana silah yardımı etməsi ilə bağlı peyk görüntüləri var. Bu hələ məsələnin məlum olan hissəsidir. Ermənistan tərəfi iddia edir ki, bu Rusiya ilə razılaşdırılmış müharibə idi. Təkcə bu məqam Ohanyanın iddialarını çürüdür. Əgər razılaşdırılmış müharibədən söhbət gedirsə, Rusiya niyə Ermənistana yardım edir? Göründüyü kimi ortada müxtəlif ziddiyyətlər var. Əslində Ohanyan bununla müxalifəti və özünü təmizə çıxarmağa çalışır. Bu gün erməni xalqının müxalifətə inamı itib. Bəzi ekspertlər açıq şəkildə etiraf edir ki, Paşinyan hakimiyyətinə qarşı etiraz edənlərin sayı kəskin azalıb. Müxalifət xalqın dəstəyini ala bilmədiyi üçün belə saxta və əsassız iddialar irəli sürür. Müxalifət erməni xalqına göstərir ki, biz hakimiyyətə gələndə Rusiyanın yanında olmayacağıq. Bunu Ohanyanın ifadələri ilə təsdiq etməyə çalışır. Lakin Seyran Ohanyanın fikirləri yalandır. Rusiya müharibədə Ermənistanın tərəfində idi”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*