Ermənilər Qarabağda meyit axtarışını dayandırdı – SƏBƏBbackend

Ermənilər Qarabağda meyit axtarışını dayandırdı – SƏBƏB

Ermənilər Qarabağda meyitlərin axtarışını qeyri-müəyyən müddətə dayandırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, bələdçinin olmaması səbəbindən mayın 4-dən axtarışlar dayandırılıb. Ərazini yaxşı tanıyan bələdçi tapılacağı təqdirdə axtarışlar davam etdiriləcək. Axtarışların Füzuli, Cəbrayıl, Hadrut və Bərgüşad istiqamətlərində aparılacağı bildirilib.

Qeyd edək ki, 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1553-dür.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*