backend

“Ermənilər Rusiyaya turizm məqsədilə deyil, pul dalınca gəlirlər” - Tyurina

“1 fevral 2021-ci il tarixdən etibarən koronavirus infeksiyası testi neqativ olan Ermənistan vətəndaşlarına Rusiyaya giriş icazəsi veriləcək. Təəssüf ki, ermənilərin böyük əksəriyyəti Rusiyaya özəl səfərlərlə və ya işləmək üçün gəlirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Səyahət Sənayesi Birliyinin (RST) mətbuat katibi İrina Tyurina “RİA Novosti”yə müsahibəsində bildirib.

O əlavə edib ki, “əslində turistlər ölkəyə pul xərcləmək üçün gəlir. Lakin pandemiyadan əvvəl Ukraynadan gələn böyük bir axının Rusiyaya pul xərcləmək üçün deyil, pul qazanmaq üçün gəldiyi hamıya məlumdur. Eyni şeyi Ermənistan vətəndaşları haqqında da söyləyə bilərik”.

İrina Tyurina 2019-cu ildə 816 min 45 nəfərin müxtəlif məqsədlərlə Ermənistandan Rusiyaya girdiyini deyib: “Gələnlərin 410,8 min nəfəri şəxsi məqsədlər, 170.4 min nəfəri isə işləmək üçün gəldiyini bildirib. Yalnız 12,6 min Ermənistan vətəndaşı Rusiyanı turizm məqsədilə ziyarət edib. Ona görə də Ermənistan vətəndaşlarının Rusiyaya səfərinə icazə verilməsi turizm axınının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmayacaq”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*