Ermənilərin şok cinayəti: I Qarabağ savaşı zamanı əsir götürülən vətəndaşlarımız haradadır? – MÜSAHİBƏbackend

Ermənilərin şok cinayəti: I Qarabağ savaşı zamanı əsir götürülən vətəndaşlarımız haradadır? – MÜSAHİBƏ

I Qarabağ savaşı zamanı erməni terroçuları minlərlə Azərbaycan vətəndaşını qətlə yetirdi, minlərlə vətəndaşımız isə əsir götürüldü. 30 illik zaman fasiləsində beynəlxalq təşkilatlar əsir və girovluqda olan vətəndaşlarımızın taleyinə biganə yanaşdı. Hər dəfə sadəcə hesabat yaymaqla işlərini bitmiş hesab edən beynəlxalq təşkilatlar öz susqunluqlarını bu gün də davam etdirirlər. 44 günlük Vətən Müharibəsi zamanı bu təşkilatlar yenidən öz çirkin xislətini ortaya qoydu. Hələ Birinci Qarabağ savaşı nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 3890 nəfər vətəndaşımızın taleyinə biganə yanaşan təşkilatlar nədənsə 44 günlük savaşdan sonra terrorçuluqla məşğul olan zaman həbs edilən ermənilərin himayəsinə qalxmağa başladılar. Nə baş verirdi? Əslində beynəlxalq müstəvidə terrorçuları müdafiə edənlər onların dərhal azad edilməsini tələb edirdilər. Bu isə beynəlxalq konvensiyalara zidd bir cağırış idi. 

Açıqlanan illik hesabatlara görə, bu gün də yüzlərlə Azərbaycan vətəndaşı Ermənistan hökuməti tərəfindən gizli əsir düşərgələrində saxlanılır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Alp.az saytı ekspert Samirə Hüseynova ilə həmsöhbət olub.

image-82556337-c507-477d-aa4d-f68059d909e0

Samirə xanım, bu gün Ermənistan tərəfindən əsir götürülən Azərbaycan vətəndaşları ilə bağlı aparılan işlər necə gedir?

–  Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə nəticəsində minlərlə azərbaycanlı şəhid olub, bir o qədər də vətəndaşımız müxtəlif bədən xəsarətləri alaraq qazi statusu alıb. Bununla yanaşı, bu təcavüzün digər qurbanları olan, əsir və girov götürülmüş  vətəndaşlarımızdır. Ermənistan hökumətinin əlində həmin şəxslərin siyahısı olduğu halda o siyahını Azərbaycana verməkdən boyun qaçırır və bu da heç bir qanun çərçivəsinə uyğun deyildir. Beynəlxalq hüquq normalarını pozan Ermənistan bu şəxslərlə bağlı heç bir məlumat vermək istəmir. Azərbaycan hökumətinin, əsir və girov götürülmüş şəxslərin yaxınlarının həmin şəxslərin taleyi ilə bağlı dəfələrlə ünvanladıqları ərizə və ya məktubları beynəlxalq təşkilatlar, o cümlədən Qırmızı Xaç Komitəsi və humanitar məsələlərlə məşğul olan digər beynəlxalq təşkilatlar tərəfindən cavabsız qalıb. Bu günə qədər həmin insanlar haqqında heç bir məlumat əldə edilməyib. Buna səbəb Ermənistanın beynəlxalq təşkilara məhəl qoymaması, qanunazidd hərəkətləridir.

 Samirə xanım, bilirik ki, siz də Xocalı faciəsinin şahidlərindənsiniz. Bu soyqırım zamanı yaxınlarınızı və doğmalarınızı itirmisiniz. Bu soyqırım zamanı əsir və girov götürülmüş vətəndaşlarımızın siyahısı hazırlanıbmı?

– Əldə olunan məlumatlara əsasən, Xocalı soyqırımı zamanı əsir və girov götürülən Xocalı sakinləri Şuşa şəhərinin işğalından sonra saxlanıldıqları düşərgədən , Şuşa türməsinə gətirilərək orada saxlanılıblar. Həmin vaxt ərzində ermənilər beynəlxalq normalara zidd hərəkət edərək, mülki şəxslərə işgəncələr verib. Çoxsaylı şəhər sakini qətlə yetirilib və ya şikəst edilib. Bu insanların arasında azyaşlı uşaqlar, qadınlar, yaşlı və yaralılar da olub. Bəzi mənbələrə görə, Xocalı soyqırımında qətlə yetrilmiş sakinlər elə Xocalıya yaxın ərazidə kütləvi məzarlıqda dəfn edilib. Gələcəkdə Xocalı şəhərinə qayıdan sakinlərə, onların yaxınlarının kütləvi məzarlıqda cəsədlərinin tapılması istiqamətində DNT analizi də götürülüb. Lakin bu vəhşiliyə dünya birliyi hələ də susub, Ermənistana heç bir vasitə ilə təyziq göstərmir. Bu, onu göstərir ki, beynəlxalq təşkilatlar ermənilərə havadarlıq edir. Yüzlərlə körpəni qətl edən bir terrorçuya himayə edən təşkilatlar özləri də bu cinayətin iştirakçısıdır.

– 44 günlük Vətən Müharibəsindən sonra beynəlxalq təşkilatlar yenidən fəallaşdı. Bunun səbəbi nə idi?

– 44  günlük Vətən Müharibəsində Azərbaycan oğulları düşməni darmadağın etdi. Beynəlxalq səviyyədə axtarışda olan terrorçuları Qarabağın işğal altında olan ərazilərində yerləşdirən ermənilərin bütün cinayəti faş oldu. Azərbaycanın müharibədən sonra apardığı anti-terror əməliyyatı zamanı yüzlərlə erməni terrorçu həbs edildi. Və bu zaman həmin beynəlxalq təşkilatlar anladılar ki, Azərbaycanın həbs etdiyi terrorçular müxtəlif ölkələrin vətəndaşıdır. Erməniləri himayə edən bu təşkilatlar Azərbaycan qarşısında tələb irəli sürürdülər ki, terroçular dərhal azad edilməlidir. Ancaq bizə məlumdur ki, 30 ildir bu təşkilatlar ancaq hesabat yaymaqla məşğuldur. Hesab edirəm ki, gözlənilən sülh müqaviləsində Ermənistan əsir və girovların taleyinə dair məlumatları təqdim etməlidir. Əks təqdirdə Qarabağda birgə yaşayış məsələsində ciddi problemlər yaşana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*