Ermənipərəst Solovyov Blinkenin “soyqırımı” açıqlamasına ƏSƏBİLƏŞDİbackend

Ermənipərəst Solovyov Blinkenin "soyqırımı" açıqlamasına ƏSƏBİLƏŞDİ

ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı bəyanatına verdiyi şərh Rusiyanın ermənipərəst teleaparıcısı Vladimir Solovyovu qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, Solovyov Blinkenin türklər qarşısında özünə bəraət qazandırmağa çalışdığını bildirib.

Rusiyadakı erməni diasporundan qidalanan rusiyalı teleaparıcıya görə, Blinken Baydenin məlum bəyanatından sonra yaranmış vəziyyəti düzəltməyə çalışır:

“Dövlət katibi türklər qarşısında özünə bəraət qazandırmağa cəhd edir”.

O, qondarma soyqırımın ABŞ-da prezident seçkilərində iştirak edən namizədlər üçün erməni əsilli amerikalıların səslərini almaq üçün vasitə olduğunu da diqqətə çatdırıb.

Bununla belə, Solovyov Türkiyənin güclü ordusunun olduğunu da diqqətə çatdırıb:

“Türkiyə ABŞ-ın NATO-dakı vacib müttəfiqidir. NATO-nun Avropadakı ən böyük ordusu da Türkiyəyə məxsusdur. Buna görə də, ABŞ Türkiyə ilə münsibətlərini davam etdirəcək”.

Qeyd edək ki, Blinken bundan əvvəl Baydenin məlum bəyanatından danışarkən, onun 1915-ci ildə Osmanlıda baş verən hadisələrə görə Türkiyəni günahlandırmadığını bildirib./telegraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*