Ermənistan hakimiyyətindən ŞOK QƏRAR: “Bütün xaçlar və xaçkarlar sökülsün”backend

Ermənistan hakimiyyətindən ŞOK QƏRAR: "Bütün xaçlar və xaçkarlar sökülsün"

Ermənistan hakimiyyəti bütün yollarda xaçları və xaçkarları sökmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan əmr verib.

Bildirilir ki, dünən bələdiyyə hökumətləri ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyandan məktub alıb.

Hökumət bütün dövlətlərarası və icma yollarında qoyulmuş xaçları, xaçkarları, abidələri yığışdırmaq üçün qərar qəbul edib.

Məktubda bildirilir: “Ermənistanın dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında özbaşına tikilmiş (yerləşdirilmiş) xatirə daşlarının, xaçların və xaçkarların yığışdırılması (sökülməsi) üçün hər kəsdən regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etməyi xahiş edirəm”.

Bu qərar yerli hakimiyyət orqanlarını şoka salıb. Onların fikrincə, milli və dövlətlərarası yolların xristian simvollarından təmizlənməsi qərarı türklər və azərbaycanlılarla barışıq naminə yolların bağlanması öhdəliyi kontekstində qəbul edilib.

“Nikol Paşinyan yəqin söz verib ki, onlar sərbəst şəkildə Ermənistana gəlib-gedəndə yollarda arzuolunmaz erməni xristian simvollarına rast gəlməyəcəklər”, – deyə yerli orqanlardan buldirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*