Ermənistan ordusunda qan çatışmazlığı müşahidə olunur.
KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi yaralı hərbçilərə qan köçürülməsi üçün donorlara müraciət edib.
Nazirlik bildirib ki, bütün qan qrupları üzrə ehtiyatlara kəskin ehtiyac yaranıb.