Yerevanda Ermənistan parlamentinin binaları kompleksinin ərazisində yanğın baş verib.
KONKRET.az newspres.am-a istinadən xəbər verir ki, Milli Məclisin binasının damı yanıb. Hazırda 15 yanğınsöndürmə briqadası yanğını söndürür, Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Çolaqyan hadisə yerindədir.
Eyni zamanda Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin qrupları və Təbabət Mərkəzinin həkimləri də işləyir.
Zərərçəkənlər barədə hələlik məlumat verilmir.