Ermənistanın Bərdəyə atdığı raketin adı AÇIQLANDI – RƏSMİbackend

Ermənistanın Bərdəyə atdığı raketin adı AÇIQLANDI - RƏSMİ

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə ediblər.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, mülki əhaliyə qarşı istifadəsi yasaq olan bu tip silahdan açılan atəş nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*