Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb.
Bunu bu gün keçirilən brifinqdə Prezident köməkçisi Hikmət Hacıyev deyib.
Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onların 9, 14, 15 yaşları civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.
***
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.
Raket atəşi nəticəsində həlak olanların sayı isə 4 nəfərdir.
***
18:09
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Həlak olanlar Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.
***
17:44
Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.
Raket hücumu nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Onlar xəstəxanaya aparılıb.
Yaralılardan içərisində azyaşlılar da var.
***
17:13
Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
KONKRET.az xəbər verir ki, Qarayusifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var./Report/
