“Sadəcə “Fənərbağça” azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm”.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mesut Özil bunu İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsi ilə bağlı deyib.
“Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm”.
Xatırladaq ki, Mesut Özil Vətən müharibəsi boyunca Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib.
