Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Nigeriya sahillərində piratlar tərəfindən öldürülən Fərman İsmayılovun nəşinin Azərbaycana gətirilməsi prosesindən danışıb.
KONKRET.az-ın məlumatına görə, XİN sözçüsü bildirib ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət edib:
“Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”.
***
11:19
Piratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya gətirilib.
F.İsmayılovun nəşinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroprtuna eniş edib.
Onun doğulduğu Siyəzən rayonunda dəfn ediləcəyi gözlənilir.
***
09:49
Nigeriya yaxınlığında hücuma məruz qalan “Mozart” gəmisinin heyət üzvlərindən biri olan və piuratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya göndərilib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qabonun paytaxtı Librevildən yol salınan həmyerlimizin nəşinin olduğu xüsusi təyyarə səhər saatlarında İstanbul Hava Limanına eniş edib.
Xatırladaq ki, Türkiyəyə məxsus gəmi yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalıb, nəticədə Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb.

