FHN ermənilərin Daşkəsəndə törətdiyi yanğınla bağlı məlumat yaydı – FOTOLARbackend

FHN ermənilərin Daşkəsəndə törətdiyi yanğınla bağlı məlumat yaydı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Ermənistanın atdığı mərmilər nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Qeyd edilib ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları cəlb olunub. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onun söndürülməsi, əsas etibarilə əl əməyindən istifadə edilməklə həyata keçirilir. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*