“Fransa hökuməti Senatın qəbul etdiyi qətnaməyə uyğun addım atsa, Azərbaycan…” – Deputatdan AÇIQLAMAbackend

"Fransa hökuməti Senatın qəbul etdiyi qətnaməyə uyğun addım atsa, Azərbaycan..." - Deputatdan AÇIQLAMA

“Fransa Senatının qəbul etdiyi qətnamə bizim üçün adi kağız parçasından başqa bir şey deyil”.

Bunu KONKRET.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Fransa Senatı Azərbaycana qarşı qərəzli qətnaməni qəbul etdi:

“Qətnamədə Fransa senatı Fransa hökumətinə qondarma “dqr”-ni tanınmasını tövsiyə edir. Həm də Azərbaycanı Qarabağa qarşı hərbi aqressiyada ittiham edirlər. Bu nə demək idi, heç nə başa düşmədim. Birincisi onu qeyd edim ki, Fransa Senatının qəbul etdiyi qətnamə bizim üçün adi kağız parçasından başqa bir şey deyil. Qətnamədə Fransa Senatının üzvləri Azərbaycana və Tükiyəyə olan qərəzlərini ifadə ediblər. Azərbaycan dünya tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa edir. 28 il icra olunmayan BMT TŞ-nin qətnamələrini özü icra edir, fransızlar isə bizi aqressor adlandırırlar. Ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal edəndə, 1 milyon soyadaşımızı qaçqın-köçkün edəndə, mülkü insanların əmlaklarını məhv edəndə, bizə qarşı soyqırımlar törədəndə, işğal etdiyi torpaqlarda ekoloji fəlakətlər törədəndə Fransa Senatının gözü bunları görmürdü? Yoxsa fransızlar bizi insan hesab etmirlər? Öz əlləri afrikalıların qanına batmış, milyonlarla insanı soyqırıma məruz qoymuş fransızların bu hərəkəti bir daha onu deməyə imkan verir ki, onlar özlərini hamıdan üstün hesab edirlər. Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir. Xüsusilə, o senatorların ermənilərin girovuna çevrilməsi Fransa Senatının oyuncaq qurum olduğunu sübut etdi və bizim üçün o qətnaməyə imza atanlarla ermənilər arasında heç bir fərq yoxdur”.

Deputat vurğulayır ki, erməni lobbisinin əsirinə çevrilmiş Fransa Senatından ayrı bir hərəkət gözləməyib:

“Çünki, Fransa bu illər ərzində Minsk Qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə həll olunmasına töhvə verməli idi. Amma biz bunun əksini gördük. Fransa çalışdı ki münaqişə donmuş vəziyyətdə qalsın və işğal həmişəlik davam etməklə Azərbaycanı mövcud status kvoyla razılaşdırsın. Təbii ki, bu Fransanın indi bilinən mövqeyidir. Qəbul olunmuş qətnamə heç də Fransa hökumətinin müəyyənləşdirəcəyi siyasəti demək deyil. Əgər Fransa hökuməti Senatın qəbul etdiyi qətnaməsinə uyğun addım atmalı olarsa, Azərbaycan da öz beynəlxalq hüququndan istifadə edərək Fransanın həmsədrliyindən imtina etməlidir. Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmalı olduğumuzu düşünürəm. Biz lazım gələrsə, fransızlarsız da yaşaya bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*