Zavodda suqızdırıcı partladı, xəsarət alan var – YENİLƏNİBbackend

Zavodda suqızdırıcı partladı, xəsarət alan var - YENİLƏNİB

Gəncədə 58 yaşlı kişinin yanıq xəsarəti alması ilə bağlı yeni məlumat var.

KONKRET.az xəbər verir ki, dünən saat 23 radələrinə 58 yaşlı şəxs (kişi cinsli) bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərilən göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

***

Gəncədə 58 yaşlı kişi yanıq xəsarəti alıb.

KONKRET.az xəbər verir ki, hadisə Gəncə Cihazqayırma zavodunda baş verib.

Belə ki, Ə.Xudiyev bədənin bir çox hissənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Ə.Xudiyev zavodun vanna otağında duş qəbul edən zaman su qızdırıcı partlayıb, nəticədə o ağır yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*