Gürcüstan ərazisindən hərbi yük daşımalarını qadağan etdibackend

Gürcüstan ərazisindən hərbi yük daşımalarını qadağan etdi

Gürcüstan hökuməti ölkə ərazisindən istənilən dövlət tərəfindən hərbi məqsədlərlə yüklərin tranziti üçün istifadəsini qadağan edib.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

O deyib ki, Gürcüstanın qonşuları bunu bilir və bu yanaşmaya anlayışla yanaşırlar.

Komitə sədrinin sözlərinə görə, Gürcüstan münaqişə ilə bağlı məlum səbəblərə görə bir növ bitərəf mövqe tutur.

“Çünki həm Azərbaycan, həm də Ermənistanla olduqca yaxşı qonşuluq münasibətlərimiz var. Biz hazırkı vəziyyəti təhlil edirik və bütün ssenarilərə hazırıq”, – deyə Sesiaşvili vurğulayıb. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*