Gürcüstanda aksiya iştirakçıları yolu bağlayıblarbackend

Gürcüstanda aksiya iştirakçıları yolu bağlayıblar

Gürcüstanın paytaxtı Tbilisidə parlament yaxınlığındakı mitinqdən sonra “Qəhrəmanlar” meydanına keçən aksiya iştirakçıları yolu bağlayıblar.

KONKRET.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, hazırda “Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkəti tamamilə iflic olub.

Xüsusilə, meydanda yerləşən bütün yol ötürücülərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, həmçinin Varazişxevi küçəsinə giriş və Kostava küçəsinə gedən tuneldə nəqliyyatın hərəkəti iflic olub.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları “Qəhrəmanlar” meydanında aksiyanın bir neçə iştirakçısının saxlanıldığını bildirdikdən sonra belə qərar qəbul ediblər.

Qanunun əleyhdarlarının bir qismi parlamentin binası qarşısında qalır.

Gürcüstan parlamenti bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*