Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı” – FOTObackend

Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı” - FOTO

Ermənistanın müharibə cinayətləri davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

“Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, uşaq və qadın da daxil olmaqla 10 nəfər ağır yaralanıb. # Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt şəkildə hücum edəcəklərinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturdular”, – deyə paylaşımda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*