Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin Bərdəyə raket atması ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, H. Hacıyev bu barədə öz tvitter hesabında yazıb.
O qeyd edib ki, Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır:
“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə bölgəsinin mülki sakinlərinə qarşı raket hücumları həyata keçirib. Bu dəhşətli hücum nəticəsində bir mülki şəxs öldü və dörd mülki şəxs yaralandı”,-deyə Hikmət Hacıyev qeyd edib.
