Karnegi Fondunun Moskva mərkəzinin direktoru Dmitri Trenin Azadlıq radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, “Rusiya artıq Qarabağ məsələsində dominant deyil”.
– II Qarabağ müharibəsi Moskvanın Qafqazdakı mövqelərinin zəifləməsinə səbəb oldu;
– Türkiyə regionda “kəmiyyətcə” iştirakını “keyfiyyətcə” iştiraka çevirdi, Rusiya sülhməramlılarını Qarabağa yerləşdirməklə mövqelərinə dəyən zərəri qismən kompensasiya etdi;
– Rusiya üçün əsas maraq Türkiyə kimi böyük regional ölkə ilə silahlı münaqişə vəziyyətində olmamaqdır: eləcə də qonşusu Azərbaycanla münaqişə vəziyyətindən qaçmaq və müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaqdır; və Qarabağ məsələsində imkanlarının olduqca məhdudlaşdığını dərk etməkdir;
Müharibənin başa çatmasından sonra yazırdıq: Bakı münaqişəni onu yaradanın əli ilə həll etdi və Türkiyəni bölgəyə gətirməklə güc balansını (hərbi və siyasi mənada) dəyişdi;
