Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Göyəm kəndində iki məktəblinin ölümü, digərinin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az DİN-in Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə zamanı sükan arxasında olan Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Həmçinin onun sürücülük hüququnun olmaması üzə çıxıb.
Bildirilib ki, saat 13 radələrində E.İbrahimov etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.
Avtomobilin vurduğu uşaqların 3-ü də 5-ci sinif şagirdi imiş.
DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik: