İl-76-nın “qara qutu”ları tapıldıbackend

İl-76-nın “qara qutu”ları tapıldı

Dünən Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin hər iki “qara qutu”su tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Qəza yerində aşkar olunan “qara qutu”ların texniki vəziyyətinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, bu gün Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan “İl-76” təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*