“İnsanlar canı ilə əlləşərkən bəzi qurumlar qəddarlıq edir” – SƏRT AÇIQLAMAbackend

"İnsanlar canı ilə əlləşərkən bəzi qurumlar qəddarlıq edir" - SƏRT AÇIQLAMA

“Jurnalist xəstə anasını klinikaya aparır, tibb müəssisəsinin yeganə girişinin önündə bir neçə dəqiqə avtomobilini saxlayır, öz xəstəsini müşayət edir, yola salır və yaxud gözləyir. Bu ərəfədə isə BNA dayanma və durma qaydalarını pozduğu üçün avtomobilə cərimə tətbiq edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış siyasi şərhçi Bəhruz Həsənov özünün facebook səhifəsində yazıb.

O, fikrini belə davam etdirib: “Maraqlıdır, BNA-nın məntiqinə əsasən xəstələr yol kənarında yerləşən xəstəxanalara necə getməlidirlər? Uçaraq?

Yaşlı insandır, qəfil ağrısı tutub, yaxınları nə etsin, həyətdə maşın ola-ola taksi xidmətinə zəng vursunlar?

Oğul-şofer anasının-xəstənin qoluna girib həkimin yanına qədər aparmasın?

Yol kənarında yerləşən tibb müəssisələrinin qarşısında parklanma məsələsinə yenidən baxılmalıdır. İnsanlar canı ilə əlləşərkən bəzi qurumların azərbaycanlıya yaraşmayan qəddarlıqla cərimə hərisliyi etməsi qəbuledilməzdir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*