İnsanları necə “verbovka” edirlər – Xarici kəşfiyyatın ən incə üsulu – ŞOK FAKTLARbackend

İnsanları necə "verbovka" edirlər - Xarici kəşfiyyatın ən incə üsulu - ŞOK FAKTLAR

İnsanlar ayrı-ayrı kəşfiyyat orqanları tərəfindən necə “verbovka” olur və ya başqa ideyaların quluna necə çevrilir? Oxucuların diqqətinə Koreya müharibəsi dövründə amerikalı əsgərlərin kommunist ideologiyasının daşıyıcısı olması ilə bağlı tarixi faktı çatdırmaq bu baxımdan olduqca önəmlidir.

Belə ki, bu müharibədə bir çox amerikalı əsgər Çinin əsir düşərgələrinə düşüb. Müharibədən sonra isə ABŞ qəzetlərinin təbiri ilə desək, “bütün amerikan əsgərlərinin demək olar ki, hamısının əsirlikdə olduğu müddətdə, bu və ya digər formada öz dövlətləri əleyhinə fəaliyyət göstərdikləri, qayıtdıqdan sonra da, kommunist ideyalarına sadiq qalıb, ABŞ üçün həqiqi təhlükə törətdikləri” məlum olub.

Dünənə qədər qatı vətənpərvər olan bu əsgərlərin qısa müddət ərzində bu dərəcədə dəyişilib, qatı kommunistə çevrilməsi, dərhal hansısa Şərq cadugərliyi, mistika ilə əlaqələndirilməyə başlanıb.

Lakin müəyyən müddətdən sonra problemə psixoloqların qarışması ilə məsələnin qaranlıq tərəfləri yavaş-yavaş aydınlaşdı.

Sən demə, Çin onların üzərində “psixoloji əməliyyat” aparıbmış.

Cəmil Məmmədli,

KONKRET.az

KONKRET.az həmin videonu təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*