İqor Strelkov: “Qarşıda Rusiyanı uzun və qanlı müharibə gözləyir”backend

İqor Strelkov: “Qarşıda Rusiyanı uzun və qanlı müharibə gözləyir”

Rusiyalı səhra komandiri, separatçı “DXR” və “LPR” birləşmələrinin yaradıcısı, Rusiya ordusunun istefada olan QRU zabiti İqor Qirkin (Strelkov) bildirib ki, Ukraynadakı müharibənin ilk ayı Rusiya üçün məyusedici nəticələrlə yadda qaldı.

KONKRET.az xəbər verir ki, İctimai Xəbərlər Xidmətinin canlı efirində İqor Strelkov bildirib ki, müharibənin 29 günü ərzində heç bir sahədə strateji uğur əldə olunmayıb.

“Üstəlik, Ukrayna ordusu uğurla səfərbər olur və əks-hücumlara başlayır. Təəssüf ki, bizim uzun və qanlı müharibəyə cəlb olunacağımızla bağlı ən pessimist proqnozlarım özünü doğrultdu”.

Strelkov Rusiya hücumunun uğursuzluğunda kəşfiyyatı günahlandırır. Məhz bunun sayəsində “xüsusi əməliyyat” yanlış anlaşılma əsasında həyata keçirilməyə başlandı. Lazım olan hədəflərə ilk növbədə hücum edilməyib, bu da Ukrayna ordusunun mütəşəkkil şəkildə döyüşə qoşulmasına şərait yaradıb.

O əlavə edib ki, Rusiya hərbi sahədə uğursuzluqlarla yanaşı, həm iqtisadiyyatda, həm də xarici siyasətdə uğursuzluqlara yol verib.

  • Strelkov Belarus qoşunlarının müharibədə iştirak etməsi ilə bağlı məlumatları da təkzib edib və qeyd edib ki, bu halda Belarus Rusiya qoşunları üçün etibarlı müttəfiq və arxa baza kimi çıxış edir. Onun sözlərinə görə, Ukraynadakı döyüşlərdə Rusiya tərəfində yalnız Cənubi Osetiyadan olan könüllülər mütəşəkkil şəkildə döyüşür.

O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə Ukrayna daha 300 min əsgəri səfərbər edə bilər. Ekspert qeyd edib ki, əgər Moskva, ümumiyyətlə, bu müharibədə qalib gəlmək istəyirsə, Rusiyada qismən səfərbərliyə ehtiyac var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*