İqor Volobuyev: “Rus keçmişimi yumaq istəyirəm” – FOTObackend

İqor Volobuyev: "Rus keçmişimi yumaq istəyirəm" - FOTO

“Qazprombank”ın vitse-prezidenti İqor Volobuyev Rusiyadan Ukraynaya gedib.

KONKRET.az xəbər verir ki, bu barədə The Insider-ə Volobuyev məlumat verib.

Volobuyevin sözlərinə görə, o, Sumı vilayətinin Axtırka şəhərində anadan olub və vətənini müdafiə etmək üçün Ukraynaya qayıtmaq qərarına gəlib. “Mən artıq Rusiyada ola bilməzdim. Mən milliyyətcə ukraynalıyam, Axtırkada doğulmuşam, Rusiyanın vətənimlə nə etdiyini artıq kənardan müşahidə edə bilmirdim. Səfərim tövbə kimidir, rus keçmişimi yumaq istəyirəm. Qələbəyə qədər Ukraynada qalmaq istəyirəm”, – Volobuyev bildirib.

O qeyd edib ki, 2004-cü ildən Ukraynaya qayıtmaq istəyib. Volobuyev Rusiyanın Ukraynaya təcavüzünü müharibə cinayəti adlandırıb.

O, “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin və ailəsinin ölümünə də münasibət bildirib. Volobuyevin sözlərinə görə, hadisə səhnələşdirilmiş intihardır: “Mən onun həyat yoldaşını və qızını öldürə biləcəyinə inanmıram, düşünürəm ki, bu, tamaşadır. Niyə? Bunu demək çətindir. Ola bilsin ki, o, nəyisə bilirdi və bir növ təhlükə yaradırdı”, – deyə Volobuyev əlavə edib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*