“İran tələyə düşmüş siçovul kimi çırpınır” – Ermənistan seçim qarşısındabackend

“İran tələyə düşmüş siçovul kimi çırpınır" – Ermənistan seçim qarşısında

İranın Azərbaycan üçün hava məkanını bağlamasının ardınca Ermənistan Naxçıvana uçan təyyarələr üçün hava məkanını açıb. Qəribə səslənsə də, Ermənistan da artıq anlayır ki, İranın davası Azərbaycanla deyil, bütün dünya ilədir. Və İranın bu davadan qalib ayrılacağı imkansızdır. Ermənistanda da soyuq başla düşünən kəslər telegramdakı şüvən revanşistlərdən fərqli olaraq başa düşürlər ki, İranın isinəcək ocağı, sığınacaq qucağı olmayacaq. Olsa da, bu, Ermənistanın bir dövlət kimi sığınacağı son qucaq olacaq.

İran tələyə düşmüş siçovul kimi çırpınır, vəziyyətinin tarixdə heç vaxt olmadığı qədər kritik olduğunun fərqindədir. Hiss edir ki, aparıcı dünya dövlətləri sonsuzadək onun nazı ilə oynayıb nüvə dövlətinə çevrilməsini sakitcə izləmək fikrində deyillər və bu gedişatı durduracaqlar…

Ermənistan da qlobal anlamda məğlublarla eyni cərgədə dayanmaq istəmir. Başa düşür ki, məğlublarla bir düşərgədə məhv olmaqdansa, qaliblər içində məğlub dövlət kimi öz mövcudluğunu pisdən-yaxşıdan qoruya bilər.

Əli Məhərrəmli,

siyasi analitik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*