İranda Sirç-Kerman avtomobil yolunda tələbə qızları daşıyan avtobus aşıb, ən azı altı nəfər ölüb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Kerman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat verib.
Avtobusda 40 nəfər olub, onlardan 15-i ağır yaralanıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.