İşğaldan azad edilən Zəngilan rayonunda hazırda hansı işlər görülür və nə yeniliklər olacaq? – Millət vəkilindən AÇIQLAMAbackend

İşğaldan azad edilən Zəngilan rayonunda hazırda hansı işlər görülür və nə yeniliklər olacaq? - Millət vəkilindən AÇIQLAMA

Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür. Düz 1 il öncə, müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonunun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğunu bildirmişdi.

Bəs Zəngilan rayonu hansı iqtisadi potensiala malikdir?

Bu barədə KONKRET.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar bayramov bildirib ki, 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir: “Füsünkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatlarının çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur. Güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur”.

Bir Vüqar Bayramov, ayaqda və açıq hava şəkili ola bilər

Millət vəkilinin sözlərinə görə, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək: “Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq”.

Bir Vüqar Bayramov, ayaqda və açıq hava şəkili ola bilər

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*