İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 95 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub, onlardan 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.
