Karantini pozanlar heyətdən müvəqqəti kənarlaşdırıldıbackend

Karantini pozanlar heyətdən müvəqqəti kənarlaşdırıldı

İngiltərə Premyer Lliqasının “Uotford” futbol klubu karantin qaydalarının pozulmasına görə komandanın üç oyunçusunun heyətdən kənarlaşdırıldığını elan edib.

Bu barədə KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, baş məşqçi Nayjel Pirsonun qərarına əsasən Andre Qrey, Nataniel Çaloba və Dominquş Kin “Uotford”un heyətindən müvəqqəti kənarlaşdırılıb.

Qərar “Sautqempton”la Premyer Liqanın 32-ci turunun bu günə planlaşdırılan matçında bütün oyunçuların, əməkdaşların və rəsmi şəxslərin sağlamlığının və təhlükəsizliyinin təminatı üçün qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*