Kasparov Putini məğlub etməyin yollarından danışdı – Qərb liderlərini ittiham etdibackend

Kasparov Putini məğlub etməyin yollarından danışdı – Qərb liderlərini ittiham etdi

Rusiya hakimiyyəıtinə qarşı mübarizədə mühacir iş adamı və ictimai fəal Mixail Xodorkovskinin yanında yer alan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov rus müxalifətçisi Aleksey Navalnının ölümünə görə Qərb liderlərini sərt şəkildə ittiham edib.

KONKRET.az Almaniya mediasına istinadən xəbər verir ki, o, ABŞ prezidenti Co Baydenin və Almaniya kansleri Olaf Şoltsun Navalnının ölümünə reaksiyalarını “biabırçı” və impotentsayağı” adlandırıb.

O, Qərb liderlərinin Rusiyada nəyisə etməyin hələ də mümkün olduğunu sübut etməyə çalışan müxalifətçinin aradan götürülməsinin bədəlini Putinə ödətdirmək üçün bütün imkanlara malik olduqlarını söyləyib.

Şahmatçı deyib ki, xaricdə yaşayan rusiyalı müxalif qüvvələr və Qərbdəki müttəfiqlər bu hərəkətsizliyi dəyişmək istəsələr də, əvəzində dövlət başçılarının qorxaqlığı, qətiyyətsizliyi ilə üzləşirlər. “Bu isə Putinə güc verir”.

Harri Kasparov hesab edir ki, Rusiyada dəyişikliklərə yalnız Ukraynanın qələbəsi, bütün torpaqlarının azad edilməsi, Ukrayna bayrağının Sevastopolda qaldırıması imkan yarada bilər.

Onun fikrincə, bu halda Rusiyadakı əhali imperiyanın artıq öldüyünü anlayacaq: “Təfəkkürdə imperiya fikrini öldürmək lazımdır. Məğlub olmuş lider, çar-diktator uzun müddət hakimiyyətdə otura bilməz”.

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*