“Kiyev rus şəhəridir, ordumuz oranı tutacaq” – Medvedev Kremlin yeni planından DANIŞDIbackend

“Kiyev rus şəhəridir, ordumuz oranı tutacaq” – Medvedev Kremlin yeni planından DANIŞDI

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ordusunun Kiyevi tuta biləcəyini istisna etməyib.

KONKRET.az xəbər verir ki, Medvedev bu addımın  başlıca məqsədlərə nail olmaq üçün atılacağını vurğulayıb.

O, Kiyevi rus şəhər adlandırıb və hazırda bu şəhərin Rusiya üçün təhlükə olduğunu etiraf edib.

“ABŞ başda olmaqla Rusiyaya düşmən olan güclərin Kiyevdə möhkəmlənməsi bu şəhəri Rusiya üçün təhlükəli edir. Ona görə də Rusiya qoşunları Kiyev üzərində nəzarət qurmalıdır. Harada dayanmaq olar? Bilmirəm. Düşünürəm ki, dediklərimi nəzərə alsaq, hələ çox və ciddi işləməliyik. Son dayanacağımız Kiyev olacaq? Bəli”.

O, nəzərə çatdırıb ki, bu məqsədə indi olmasa da, bir müddət sonra, münaqişənin inkişafının digər fazasında nail olmaq olar.

Təhlükəsizlik Şurası sədrinin müavini Odessanı da Rusiyanın başqa şəhəri adlandırıb. Qeyd edib ki, Rusiyada bu şəhərin qayıtmasını çoxdan gözləyirlər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*