Koçaryan: “Sən kimi eşşək yerinə qoyursan, Arsen?” – VİDEObackend

Koçaryan: "Sən kimi eşşək yerinə qoyursan, Arsen?" - VİDEO

“Səhiyyə naziri Arsen Torosyan insanları qorxutmaq üçün deyir ki, müxalifət yeni müharibə və yeni qurbanlar istəyir və onların güvəndiyi yalnız sülhməramlılardır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış erməni politoloq Tiqran Koçaryan özünün facebook səhifəsində yazıb.

O, daha sonra yazıb: Əslində, biz ən çox qurbanları Paşinyanın “ən dinc” hakimiyyəti dövründə verdik. Nikol danışıqlar prosesini uğursuzluğa düçar edən əsl müharibə başlatdı.  Amma nədənsə müxalifət günahkardır?! Elə deyilmi?

Sən kimi eşşək yerinə qoyursan, Arsen?

Neçə min erməni sizin COVID-lə mübarizədə bu dünyadan köçdü, “Ölüm həkimi”?! Bəs buna nə cavab verəcəkən?

Nikola de ki, kassir rolundan imtina eləsin. Çünki siz uğursuzluğa düçar olursunuz və işiniz dayandırılır.

Zaman puldur, Arsen. Hansı ki, tezliklə nə pulun olacaq, nə də vaxtın”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*