“Koronavirusun olduğuna inanmayanlar sussun, danışmasın” – Rəşad Sadıqovdan SƏRT SÖZLƏRbackend

"Koronavirusun olduğuna inanmayanlar sussun, danışmasın" - Rəşad Sadıqovdan SƏRT SÖZLƏR

“Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub”.

KONKRET.az xəbər verir ki, bunu report-un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb: “Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. Onların yanına getməkdən ehtiyat edirəm. Onları qoruyuram. Daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*