Macarıstan Ukraynaya qarşı? – Zelenski bu ölkəni qınadı – ƏTRAFLIbackend

Macarıstan Ukraynaya qarşı? - Zelenski bu ölkəni qınadı - ƏTRAFLI

Macarıstan Rusiyanın SWIFT ödəniş sistemindən uzaqlaşdırılması ilə bağlı sanksiyanı şərh edib. Bu şərhində Macarıstan rəsmisi birmənalı olmadığını göstərib.

Dolayısı ilə Macarıstan Rusiyaya qarşı bu ağır sanksiyanı dəstəklədiyini elan etmir.

KONKRET.az “European Truth”-a istinadən xəbər verir ki, belə bir emosional şərhi Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün Facebook səhifəsində yazıb.

O bildirib ki, ölkəsi Rusiyanın beynəlxalq bank köçürmələri şəbəkəsi olan SWIFT-dən xaric edilməsinin qarşısını alıb.

Siyarto öz fikrini dəqiq belə ifadə edib: “Müharibə, kritik vəziyyətə baxmayaraq, faydalı siyasi maraqlar güdür”.

Xatırladaq ki, CNN Avropa İttifaqındakı mənbələrə istinadən bildirmişdi ki, Rusiyanın SWIFT-dən ayrılmasına üç ölkə: Almaniya, Macarıstan və Kipr mane olur. İtaliya əvvəllər siyahıda olsa da, sonradan Roma bu yaxınlarda növbəti addıma razılıq verib. Kipr də bloklamaqdan imtina edib. Prezident Vladimir Zelenskinin sözlərinə görə, Macarıstan və Almaniya bu addımı dəstəkləyən yeganə Aİ ölkələri deyil.

Siyartonun bəyanatının ünvanlandığı Avropa Parlamentindəki EPP fraksiyasının rəhbəri Manfred Veber də Macarıstanın Rusiyanın maraqlarına zidd hərəkət etmək istəmədiyini bəyan edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Ukrayna ilə Rusiya arasında hərbi münaqişədən “uzaq durmalı” olduğunu bildirib və Ukraynaya silah verməkdən imtina etib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*