“Nur-Sultan dünya uran bazarının 41%-nə nəzarət edir, xrom hasilatı üzrə dünyada 3-cü, volfram üzrə 4-cü yerdir. Dünya kriptovalyutasının 18%-i Qazaxıstanda istehsal olunub. Bu ölkə Rusiya və Çin arasında XXI əsr İpək Yolu layihəsində əsas halqadır”.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vladimir Medvedyev danışıb. Onun sözlərinə görə, Qazaxıstana xarici müdaxilə faktı göz qabağında idi: “Müstəqillik əldə etdikdən sonra xarici QHT-lər Qazaxıstana axışdılar ki, bu da Rusiyanın Mərkəzi Asiyadakı mövqeyini ardıcıl olaraq sarsıtdı. Otuz il keçdi və indi Sorosun qrantlarında oturan nəsil küçələrə çıxdı. Bunu rus xalqının etirazlardan tamamilə uzaqlaşması da təsdiqləyir. Almatıda polisin başını kəsənlər son onilliklərdə hamıdan çox “Çamadan – Stansiya – Rusiya” deyə qışqıran çox aqressiv və savadsız gənclərdir. Qəzəblənən insanların bəziləri həqiqətən də İD terrorçularının məktəbindən keçiblər.
İğtişaşın təhrikçilərinin gözləmədikləri Moskvanın reaksiyaları oldu. Kollektiv universal müdafiə modeli “Rəngli inqilablar”ın aciz olduğunu sübut etdi”.
Natiq Səlim,
KONKRET.az