Məşhur amerikalı aktyor güllələndi – FOTObackend

Məşhur amerikalı aktyor güllələndi - FOTO

Məşhur amerikalı aktyor Eddi Hassel Amerikanın Texas Ştatında güllələnib.

KONKRET.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər “Sümüklər” serialının 30 yaşlı ulduzunun avtomobilini qaçırmaq istəyərkən onun qarın boşluğuna atəş açıblar. Eddi aldığı güllə yarasından hadisə yerində keçinib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum aktyor “Lusi”, “2012”, “Uşaqlar yaxşıdır”, “Hiyləgər qızlar” kimi film və seriallarda canlandırdığı rollarla məşhurlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*