Məşhur müğənni üçün çətin anlar: Dua edilməsini xahiş etdi – FOTOLARbackend

Məşhur müğənni üçün çətin anlar: Dua edilməsini xahiş etdi - FOTOLAR

Türkiyənin məşhur müğənnisi Sinan Özen sosial media hesabından sevənlərinə müraciət edərək, qızı Neva üçün dua edilməsini istəyib. İfaçının qızı qarşıdakı həftə yeddinci dəfə əməliyyat olunacaq.

Bu brədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Sinan Özen və həyat yoldaşı Burcu Kartalın fevral ayında əkiz uşaqları dünyaya gəlib. Ancaq oğluna Sanberk, qızlarına Neva adını verən cütlüyün sevinci qısa çəkib. Belə ki, az müddətdən sonra qızlarında bağırsaq problemləri ortaya çıxıb. Balaca dünyaya gələndən bəri artıq altı dəfə əməliyyat olunub. Yeddinci əməliyyat isə oktyabrın 17-nə təyin olunub.

İfaçı bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib:

“Güclü qızlar, güclü sabahlar deməkdir. “11 oktyabr Qız Uşaqları Günü”nüz mübarək olsun. Bu vəsilə ilə oktyabrın 17-də vacib əməliyyata girəcək qızım Neva üçün dualarınızı əksik etməməyinizi istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*